“Biz buna inandığımız üçün müqavilələr bağlayırıq”

Paytaxt Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə mətbuat konfransında çıxış edən Ərdoğan deyib ...

2078162
“Biz buna inandığımız üçün müqavilələr bağlayırıq”

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada İsrail vəhşiliyinə son qoymaq üçün sıx diplomatik səylər göstərdiyini bildirib.

  Paytaxt Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə mətbuat konfransında çıxış edən Ərdoğan Qəzzadakı son vəziyyəti dəyərləndirərək deyib: “Qəzzada İsrail vəhşiliyinə ən qısa zamanda son qoymaq üçün bütün gücümüzlə çalışırıq. Biz Türkiyə olaraq təcili atəşkəs əldə etmək və hərbi əməliyyatların dayandırılmasının qarşısını almaq üçün ilk gündən intensiv diplomatik səylər göstəririk.

  Beynəlxalq ictimaiyyəti də eyni məsuliyyəti öz üzərinə götürməyə dəvət edirik.

  Fələstin dövlətinin müstəqil, suveren və ərazi bütövlüyü əsas şərtdir.

  Rusiya-Ukrayna müharibəsinə baxsaq, yenə görürük ki, şiddətlə həll olmur.

  Biz əvvəldən Ukraynada diplomatik həll yönümlü işlərə önəm verilməli olduğunu dilə gətiririk. Tərəflərdən tələb olarsa, Türkiyə yarımçıq qalmış İstanbul prosesini canlandırmağa hazırdır.

  Türkiyə ilə Macarıstan arasındakı bağı razılaşmalarla daha da gücləndirməyi düşünürük.

  Macarıstanla Ortaq Ticarət Komitəsi qurduq.

  2023-cü ilin ilk 11 ayı etibarilə ticarət dövriyyəmiz ötən ili keçərək 4 milyard dollara yaxınlaşıb. Ortaq hədəfimiz olan 6 milyard dollara çatmaqda qərarlıyıq".

  Macarıstanın baş naziri V.Orban isə çıxışında Avropa İttifaqı ilə viza liberallaşdırılması ilə bağlı Türkiyəni dəstəklədiklərini bildirib.

  Nazir prezident Ərdoğanın “Türkiyə əsri” böyük bir layihəsilə bağlı deyib: “Növbəti yüz il sizin olacaq. Biz buna inandığımız üçün müqavilələr bağlayırıq”.

  Qeyd edək ki, birgə mətbuat konfransından əvvəl Türkiyə ilə Macarıstan arasında 16 müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr