Türkiyə İsrailin Cenindəki təxribatını şiddətlə qınadı

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bununla bağlı açıqlamada bildirib ...

2077110
Türkiyə İsrailin Cenindəki təxribatını şiddətlə qınadı

 

  Türkiyə İsrailin Cenin Qaçqınlar Düşərgəsindəki təxribatını şiddətlə qınadı.

  Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bununla bağlı açıqlamada bildirib: “Məskunlaşma terroru və İsrail təhlükəsizlik qüvvələrinin fələstinliləri hədəf alan ağır təzyiq və hücumları səbəbindən gərginlik son dərəcə yüksəlib.

  Şərqi Qüds və İordan çayının qərb sahilində müsəlmanların müqəddəs yerlərinə edilən hücumların dərhal sona çatmasını və bu təxribatları törədənlərin ən ağır şəkildə cəzalandırılmasını gözləyirik.

  Bölgənin daha çox şiddətə deyil, daha çox sülhə ehtiyacı var”.

  Qeyd edək ki, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Cenin şəhərinə basqın zamanı bir məscidi zəbt ediblər. Onlardan biri qurbangahın qarşısında mikrofonu götürərək yəhudi duası oxuyub. Görüntülərdə yəhudi duasının mikrofondan səsləndiyi, bəzi İsrail əsgərlərinin güldüyü görünür.

  İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr