Qəzzadan təxliyə edilən Türkiye vətəndaşlarının sayı 1047 nəfərə çatıb

Türkiye İsraillə ''Həmas'' arasında qarşıdurmaların başladığı 8 oktyabrdan bu yana 1047 Türkiye vətəndaşını, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşlarını və onların ailə üzvlərini Qəzzadan təxliyə edib.

2076119
Qəzzadan təxliyə edilən Türkiye vətəndaşlarının sayı 1047 nəfərə çatıb

Türkiye İsraillə ''Həmas'' arasında qarşıdurmaların başladığı 8 oktyabrdan bu yana 1047 Türkiye vətəndaşını, Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) vətəndaşlarını və onların ailə üzvlərini Qəzzadan təxliyə edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli  rəsmi ''X'' internet səhifəsində paylaşımında bu ifadələrə yer verib:
"Oktyabrın 8-dən bu yana 1047 vətəndaşımız, ŞKTC vətəndaşları və onların ailə üzvləri Qəzzadan təxliyə edilib. Təxliyə edilənlər sərhədin Misir tərəfində diplomatlarımız tərəfindən qarşılanır, əvvəlcə quru yolu ilə Qahirəyə, oradan da hava yolu ilə İstanbula gətirilir''
Keçeli təxliyyə edilməyi  gözləyən vətəndaşların siyahısının mütəmadi olaraq yeniləndiyini və Qəzzadakı bütün Türkiye vətəndaşlarının təhlükəsiz və ən qısa zamanda təxliyyəsini başa çatdırmağı hədəflədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr