Fəxrəddin Altun: ''İsrailin yüzlərlə yalanını ifşa etdik''

“TRT World Forum 2023”ün açılışında çıxış edən Fəxrəddin Altun dezinformasiyaya toxunub.

2075112
Fəxrəddin Altun: ''İsrailin yüzlərlə yalanını ifşa etdik''

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İsrailin yüzlərlə yalanını ifşa etdiklərini söylədi.
“TRT World Forum 2023”ün açılışında çıxış edən Fəxrəddin Altun dezinformasiyaya toxunub.
Fəxrəddin Altun həm qlobal pandemiya dövründə, həm Qarabağ müharibəsi dövründə, həm Rusiya-Ukrayna müharibəsi, həm də İsrailin oktyabrın 7-dən etibarən Qəzzada törətdiyi sistematik zülm, qətliam və soyqırımlarda dezinformasiyanın bir alətə çevrilməsinin qarşısının alına biləcəyinin görüldüyünü bildirib.
İsrailin Qəzzada yaşanan həqiqətləri gizlətməyə çalışdığını bildirən Fəxrəddin Altun İsrailin törətdiyi  vəhşiliyi və soyqırıma oxşar qətliamları gizlətmək üçün sistematik olaraq yalan və həqiqəti əks etdirməyən xəbərlər yaydığını və yaymağa davam etdiyini bildirib. 
İsrailin dezinformasiya hücumları ilə mübarizə aparmaq üçün həftənin 7 günü 24 saat işləyən bir sistem qurduqlarını xatırladan Fəxrəddin Altun deyib: "Biz İsrailin yüzlərlə yalanını ifşa etdik. Biz İsrailin yalanlarını həm milli, həm də beynəlxalq səviyyədə ifşa etdik, bunun əvəzinə əsl məlumatın nə olduğunu paylaşdıq. Hər bir ifşa İsrailin yaşadığı legitimlik böhranını daha da dərinləşdirdi''.



Әlaqәli Xәbәrlәr