Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstana səfər edəcək

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

2073470
Rəcəb Tayyib Ərdoğan bu gün Yunanıstana səfər edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin dəvəti və Türkiye-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V Toplantısı münasibətilə bu gün Yunanıstana rəsmi səfər edəcək.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata əsasən, Afinada prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək Şura iclasında Türkiye-Yunanıstan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Görüşlər zamanı ikitərəfli münasibətlər, eləcə də cari regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və anlaşmaların imzalanması da planlaşdırılır.



Әlaqәli Xәbәrlәr