Türkiyə prezidenti və Qətər Əmiri təkbətək görüşdülər

Görüşdən sonra iki ölkə arasında birgə bəyannamə və 12 müqavilə imzalanıb

2072518
Türkiyə prezidenti və Qətər Əmiri təkbətək görüşdülər

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim ibn Hamed əl-Saninin dəvəti ilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısında iştirak etmək üçün bu ölkənin paytaxtı Dohada səfərdədir.

  Rəsmi qarşılanma mərasimindən sonra prezident Ərdoğan və Qətər Əmiri əl-Sani arasında təkbətək görüş keçirilib və burada İsrailin Qəzza qırğınındakı son vəziyyət, atəşkəs, daimi sülh səyləri və Qəzzaya humanitar yardım məsələləri müzakirə edilib.

  Türkiyə prezidenti görüş zamanı İsrailin törətdiyi hərbi cinayətlərə görə cavab verməli olduğunu, bunun üçün hüquqi səylərlə yanaşı beynəlxalq dəstəyin də artırılmasının vacib olduğunu bildirib.

  İki ölkə başçısı daha sonra IX Türkiyə-Qətər Yüksək Strateji Komitə Toplantısına qatılıb.

  Görüşdən sonra iki ölkə arasında birgə bəyannamə və 12 müqavilə imzalanıb.

  Prezident Ərdoğan dekabrın 5-də Qətər Əmiri Əl-Saninin sədrliyi ilə Körfəz Əməkdaşlıq Şurasının 44-cü Zirvə Toplantısında iştirak edəcək.



Әlaqәli Xәbәrlәr