Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya İqlim Dəyişikliyi Konfransına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

2070989

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumatda Rəcəb Tayyib Ərdoğanın Ümumdünya İqlim Dəyişikliyi Konfransının (COP28) 28-ci sessiyasına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi bildirilib.
Konfransda ekoloji problemlər, enerji, qida və sağlamlıq kimi müxtəlif məsələlər, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yürüdülən siyasətlər ilə bağlı liderlər səviyyəsində fikir mübadiləsinin aparılması planlaşdırılır.
Prezident Rəcəb Tayyib Ərdoğanın sammitin ilk günü (dekabrın 1-də) çıxış edəcəyi, toplantı çərçivəsində bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Әlaqәli Xәbәrlәr