Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən BMT-nin baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.

2070109
Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən BMT-nin baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumata əsasən, telefon danışığı zamanı İsrailin qanunsuz hücumlarına qarşı beynəlxalq ictimaiyyətdən gözləntilər, humanitar böhranın həll edilməsinə dair təkliflər və davamlı sülhün təmin edilməsi üçün göstərilən səylər müzakirə edilib.

Prezident Ərdoğan söhbət zamanı İsrailin beynəlxalq ictimaiyyətin gözü qarşısında beynəlxalq hüququ, müharibə qanununu və humanitar hüququ pozmağa davam etdiyini və beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr