Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzairə səfər etdi

Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iclas iki ölkə prezidentinin sədrliyi ilə müvafiq nazirlərin iştirakı ilə keçiriləcək.

2066691
Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzairə səfər etdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Əlcəzairə səfər etdi.
Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə Türkiyə ilə Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II iclasında iştirak etmək üçün bu gün Əlcəzairə rəsmi səfər etdi.

Prezident Ərdoğan Əlcəzairin Huari Bumedien hava limanında Əlcəzair Prezidenti Əbdülməcid Tebbun tərəfindən qarşılanıb.
Hava limanında Prezident Rəcəb Tayyib Ərdoğan üçün rəsmi qarşılanma mərasimi keçirilib.
Rəcəb Tayyib Ərdoğan və Əbdülməcid Tebbun daha sonra nümayəndə heyətlərini bir-birinə təqdim etdilər.

Prezident Ərdoğan və Tebbun Şəhidlər abidəsini ziyarət ediblər.
Daha sonra Əlcəzair Prezident İqamətgahına gedən tərəflər ikitərəfli görüş keçiriblər.
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, iclas iki ölkə prezidentinin sədrliyi ilə müvafiq nazirlərin iştirakı ilə keçiriləcək.
Görüş çərçivəsində aparılacaq danışıqlar zamanı Türkiye-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

İclasda Türkiye-Əlcəzair əlaqələrinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr