Qəzzadan xərçəng xəstələri Türkiyeyə gətirilib

Qəzzadan bəzi xərçəng xəstələri və onları müşayiət edənləri daşıyan iki təyyarə Türkiyeyə çatıb.

2064925
Qəzzadan xərçəng xəstələri Türkiyeyə gətirilib

Qəzzadan bəzi xərçəng xəstələri və onları müşayiət edənləri daşıyan iki təyyarə Türkiyeyə çatıb. Xəstələrin müalicəsi Bilkənd Şəhər Xəstəxanasında davam etdiriləcək.

Səyahət müddətində Türkiyedən gətirilən 9 mütəxəssis həkim tərəfindən xəstələrin sağlamlıq vəziyyəti izlənilib. 27 xəstə təcili tibbi yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına gətirilərək müalicələrinə başlanılıb.

Səhiyyə naziri Fahrettin Koca da Qəzzaya sağlamlıq yardımları, xəstələr və yaralıların Türkiyeyə gətirilməsi üçün dünən Misirdə keçirdiyi bir sıra toplantının ardından bəzi xəstələrlə birlikdə Misirdən Ankaraya qayıdıb.

Digər tərəfdən, Misirin səhiyyə naziri Xalid Əbdülqaffar Qəzzaya tibbi dəstəyinə görə Türkiyeyə təşəkkür edib.

Nazir Qəzza zolağına tibbi yardımla bağlı həmkarı Fahrettin Koca ilə daimi ünsiyyətdə olduqlarını bildirib.

"Türkiyə Qəzza zolağına tibbi yardım göndərmək üçün Misirlə əlaqə saxlayan aparıcı ölkələrdən biridir. Misirin Ariş şəhərindəki xəstəxanalarda yaralıları müalicə edən türk həkimlər də var", - deyə o qeyd edib.

Bundan əlavə, Xalid Əbdülqaffar Qəzzaya kömək etmək üçün bütün maliyyə və insan resurslarını səfərbər edən Türkiye ilə Misir arasında mükəmməl əməkdaşlığın olduğunu vurğulayıb və Misirin Qəzzada xərçəng xəstələri üçün göstərdiyi səylər barədə də məlumat verib.



Әlaqәli Xәbәrlәr