Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə fövqəladə sammitinə qatılmaq üçün bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək.

2063165

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Sammit çərçivəsində İsrailin Qəzza başda olmaqla işğal edilmiş Fələstin torpaqlarına və xalqına qarşı hücumları müzakirə olunacaq.
Sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar ətrafında fikir mübadiləsi aparacaqlar.
Prezident Rəcəb Tayyib Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək.
Ərdoğanın sammitə qatılan liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Әlaqәli Xәbәrlәr