Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verdi

Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

2062907
Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada törətdiyi qətliama dəstək verməsinin Amerika Birləşmiş Ştatlarını reaksiyaların hədəfinə çevirdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.

ABŞ dövlət katibi Entoni Blinkenin Ankaraya səfəri zamanı soyuq qarşılanması ilə bağlı məsələyə toxunan Rəcəb Tayyib Ərdoğan Türkiye Xarici İşlər Nazirliyinin diplomatiya və protokol qaydalarının tələblərini çox yaxşı bildiyini və həyata keçirdiyini bildirib.

"ABŞ-a bütün dünyada etiraz edilir, niyə? İsrailin Qəzzada törətdiyi qətliama dəstək verməsi ABŞ-ı reaksiyaların hədəfinə çevirib",-deyə Türkiye Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ-ın dövlət katibi Entoni Blinken İsrailə səfər etdiyi zaman ''Mən ABŞ dövlət katibi olmaqla yanaşı, bura yəhudi kimi gəlmişəm'' deyərək ən başda böyük səhvə yol verdi. Əgər belə desən bunun bir qarşılığı olacaq. Buna cavab olaraq İstanbulun Yenikapı bölgəsində 1,5 milyon adam toplaşdı. İngiltərə, Fransa və ABŞ-da on minlərlə insan Ağ Evin qarşısına toplaşıb. Bunlar bir işarədir.

Türkiye Prezidenti deyib: “İnsan haqları və beynəlxalq hüquq bu çirkli müharibənin mümkün qədər tez dayandırılmasını əmr edir. Heç kim beynəlxalq hüquqdan kənar mövqe nümayiş etdirməməli.İsrail məsələsi həll olunmayana qədər nə regionumuzda, nə də dünyada tam sülh və tam beynəlxalq hüquqi nizamdan söz gedə bilməz''.

Ərdoğan bildirib ki, hazırda İsrail xalqının 60-70 faizi baş nazir Benyamin Netanyahuya qarşıdır.

 



Әlaqәli Xәbәrlәr