Hakan Fidan: "ŞKTC-nin hüquqları üçün bütün gücümüzlə çalışacağıq"

Xarici işlər naziri Hakan Fidan “Türkiye olaraq Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin hüquqları və tanınması üçün bütün gücümüzlə çalışacağıq” deyib.

2062720
Hakan Fidan: "ŞKTC-nin hüquqları üçün bütün gücümüzlə çalışacağıq"

Xarici işlər naziri Hakan Fidan “Türkiye olaraq Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) hüquqları və tanınması üçün bütün gücümüzlə çalışacağıq” deyib.
Xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısından qayıdarkən “Kıbrıs Türk Agentliyi”nə danışıb. O, Şimali Kıbrıs Türk Cümhuriyyətinin dünyada tanınması üçün atılan addımlara diqqət çəkib.

Nazir Fidan Türkiye Cümhuriyyəti olaraq ŞKTC-nin varlığı və davamı üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib:

“Türk diplomatiyası olaraq, adadakı türk icmasının hüquqları və Türk dövlətinin tanınması üçün bütün gücümüzlə çalışmaqda davam edəcəyik. Kıbrıs türklərinin şərəfli yaşaması, inkişafı və rifahı üçün hər zaman fəal işləyirik. Uzun və çətin bir yoldur, amma biz bundan yorulmuruq, Prezidentimizin dediyi kimi yolumuza davam edirik”, -deyə Hakan Fidan qeyd edib.



Әlaqәli Xәbәrlәr