“Onları iki ölkə arasında insan körpüsü olaraq görürük”, R.T.Ərdoğan

İstanbulda keçirilən Türkiyə-Almaniya Universitetinin (Türk-Alman Üniversitesi) Təhsildə 10-cu İldönümü Tədbirləri və Mərkəzi Kitabxananın Açılış Mərasiminə məktub göndərən R.T.Ərdoğan bildirib ...

2057925
“Onları iki ölkə arasında insan körpüsü olaraq görürük”, R.T.Ərdoğan

 

  Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan dost və müttəfiq Almaniya ilə siyasi, iqtisadi, hərbi, mədəni və humanitar ölçüləri olan dərin köklü əlaqələrə böyük əhəmiyyət verdiklərini dedi.

  İstanbulda keçirilən Türkiyə-Almaniya Universitetinin (Türk-Alman Üniversitesi) Təhsildə 10-cu İldönümü Tədbirləri və Mərkəzi Kitabxananın Açılış Mərasiminə məktub göndərən R.T.Ərdoğan bildirib: "Biz siyasi, iqtisadi, hərbi, mədəni və humanitar ölçülərə malik dost və müttəfiqimiz Almaniya ilə köklü əlaqələrimizə böyük əhəmiyyət veririk. Almaniyada yaşayan 3 milyondan çox vətəndaşımızı iki ölkə arasında insan körpüsü olaraq görürük. Türkiyədə yerləşən Almaniya vətəndaşları gün-gündən artan ticarət əlaqələrimiz arasındakı dostluğun bariz göstəricisidir. Tarix boyu daim ünsiyyət, əməkdaşlıq və həmrəylik içində olan Türkiyə ilə Almaniya arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyinə ürəkdən inanıram”.

 



Әlaqәli Xәbәrlәr