Sedat Önal: ''Qəzzada yaşayan insanların cəzalandırılması qəbuledilməzdir''

Türkiyenin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal Qəzzada təcili və qeyd-şərtsiz atəşkəsə ehtiyac olduğunu və Qəzzada yaşayan insanların tam mühasirəyə alınaraq cəzalandırılmasının qəbuledilməz olduğunu bildirib.

2056962

Sedat Önal BMT Baş Assambleyasının ''İsrailin işğal etdiyi Fələstin torpaqlarındakı qeyri-qanuni fəaliyyətləri" ilə bağlı  fövqəladə sessiyada çıxış edib. 
Son 3 həftədir Qəzzada  təsviri mümkün olmayan mənzərələrin yaşanmağa davam etdiyini bildirən Önal deyib: “Milyonlarla mülki insan ayrıseçkilik etmədən bombalanır. Onlar sudan, yeməkdən, işıqdan, yanacaqdan məhrumdurlar. Onlar mühasirə altında cəzalandırılırlar”..
Önal, mülki şəxslərə və mülki infrastruktura hücumların heç bir əsasının olmadığını deyib:
"Bu cəzalandırma aktları və insanları zorla evlərini tərk etməyə məcbur etmək qəbuledilməzdir. Biz hər bir günahsız insanın itkisini və bu itkilərin səbəblərini birmənalı şəkildə pisləməliyik. Qəzzada təcili və qeyd-şərtsiz atəşkəsə ehtiyac var. Qəzzaya fasiləsiz humanitar yardım daxil olmalıdır''.

Әlaqәli Xәbәrlәr