“Türkiyə və Serbiya arasında əlaqələr yüksək səviyyədə davam edir”, A.Vuciç

Serbiyanın paytaxtı Belqradda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşdən sonra sosial media hesabından paylaşım edən A.Vuciç yazıb ...

2055896
“Türkiyə və Serbiya arasında əlaqələr yüksək səviyyədə davam edir”, A.Vuciç

 

  Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə ilə əlaqələrin inkişafı və siyasi dialoqun davam etdirilməsi üçün çalışmaqda olduqlarını bildirib.

  Serbiyanın paytaxtı Belqradda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşdən sonra sosial media hesabından paylaşım edən A.Vuciç yazıb: “Cənab Yaşaq Gülərin səfəri Türkiyə və Serbiyanın regionda sülh və sabitliyin qorunmasında oynadığı mühüm rola böyük töhfə verəcək. İki ölkə arasında əlaqələr yüksək səviyyədə davam edir. Biz ikitərəfli münasibətlərin inkişafı və siyasi dialoqun davam etdirilməsi üçün çalışmaqdayıq.

  Rəsmi Belqrad Priştina ilə dialoq prosesində qərarlıdır, lakin bu məqamda mən nazirə məlumat verdim ki, Kosovonun şimalında serblərin təhlükəsizliyinin təmin edilməsi prioritet məsələdir. Mən həmçinin bildirdim ki, qarşılıqlı razılaşmalar gecikdirilmədən həyata keçirilməlidir".



Әlaqәli Xәbәrlәr