Türkiye Qəzzada xəstəxananın bombalanmasına sərt reaksiya göstərdi

Türkiye İsrailin Qəzzada Əl-Əhli Baptist xəstəxanasına hücumunu ən sərt şəkildə qınadığını və bunu barbarlıq kimi qiymətləndirdiyini bəyan edib.

2052395

Xarici İşlər Nazirliyi İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı yazılı bəyanat verib.

Bəyanatda Qəzzada xəstəxanalardan birinin hədəfə alınması nəticəsində yüzlərlə fələstinlinin həlak olması və çoxlu sayda fələstinlinin yaralanması ilə bağlı sərt reaksiyanın göstərildiyi  bildirilib:

"Bu vəhşi hücumları ən sərt şəkildə qınayırıq. Hücumlarda həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik. Birbaşa mülki insanları hədəf alan, xəstəxana və məktəbləri vuran bir zehniyyətin olması beynəlxalq hüquq və vicdan qarşısında cavab vermələri qaçılmazdır”.

Qeyd edək ki, ilkin məlumatlara görə, İsrailin Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində 500 nəfər ölüb.

Həyatını itirənlərin əksəriyyətinin körpələr, uşaqlar və qadınlar olduğu bildirilir.

Fələstin prezidenti Mahmud Abbas hadisədən sonra 3 günlük matəm elan edib.

Әlaqәli Xәbәrlәr