Fahrettin Koca: "Türkiye bölgəyə gəmi xəstəxana göndərməyə hazırdır"

Səhiyyə naziri Fahrettin Koca Türkiyenin bölgəyə gəmi xəstəxana göndərməyə, Qəzzada və ya Refah sərhəd-keçid məntəqəsinə yaxın nöqtələrdə səhra xəstəxanaları qurmağa hazır olduğunu bildirib.

2052422
Fahrettin Koca: "Türkiye bölgəyə gəmi xəstəxana göndərməyə hazırdır"

Səhiyyə naziri Fahrettin Koca Türkiyenin bölgəyə gəmi xəstəxana göndərməyə, Qəzzada və ya Rəfah sərhəd-keçid məntəqəsinə yaxın nöqtələrdə səhra xəstəxanaları qurmağa hazır olduğunu bildirib.

F.Koca sosial media hesabından etdiyi paylaşımda deyib: "Nazirliyimiz Qəzzaya səhiyyə xidməti göstərmək üçün hərəkətə keçdi və bu çərçivədə beynəlxalq səhiyyə təşkilatları ilə danışıqlar davam edir.

Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına edilən qeyri-insani hücumdan sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üst səviyyə menecerləri də daxil olmaqla, müvafiq bir çox beynəlxalq təşkilatlarla telefon diplomatiyası həyata keçirdik. İnsan sağlamlığına xidmət edən qurumların hər hansı şəraitdə və hansı səbəbdən olursa olsun hücuma məruz qalmasının qəbul edilməsi düşünülə bilməz".

Nazir Kova ÜST-nin Avropa Regional Direktoru Hans Kluge ilə görüşündə bölgəyə səhiyyə xidmətlərində dəstək verilməsinin təcili və vacib olduğunu bildirib:

"ÜST bu fəaliyyətləri aparmağa qərar verərsə, biz onunla birlikdə hərəkət etməyə hazırıq. Mən görüşlərimdə Ümumdünya Səhiyyə Təşkilatının bu mənada tarixi bir məsuliyyət daşıdığını təkidlə dilə gətirdim". 

F.Koca vurğulayıb ki, diplomatik çətinliklərə baxmayaraq, Türkiye hər zaman körpələrin, uşaqların, qocaların və günahsız insanların yanında olmağa davam edəcək.



Әlaqәli Xәbәrlәr