Hakan Fidan Livan və Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiye İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir.

2051829
Hakan Fidan Livan və Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiye İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün diplomatik fəaliyyətini davam etdirir.
Məlumata görə, Türkiyenin xarici işlər naziri Hakan Fidan bu gün Livana, oradan da Səudiyyə Ərəbistanına gedəcək.
Hakan Fidan ilk olaraq livanlı həmkarı Abdullah Buhabibin dəvəti ilə Livana səfər edəcək.
Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal hadisələrin  müzakirə olunacağı gözlənilir.
Türkiyenin XİN rəhbəri daha sonra Səudiyyə Ərəbistanına səfər edəcək.
Nazir Hakan Fidan burada İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.
İclasda İsrailin ayrı-seçkilik etmədən Qəzzadakı bütün Fələstin xalqını hədəf alan hərəkətlərinə qarşı atılacaq konkret addımlar müzakirə olunacaq.
Hakan Fidan daha əvvəl İsrailin Fələstindəki zorakılığına son qoymaq üçün Misirə səfər etmişdi.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr