Türkiyedən Cənubi Sudana dəstək

Türkiyenin Kubadakı səfiri Erdem Mutaf Cənubi Sudan rəsmilərinə 75 min hərbi geyim forması və müvafiq material təhvil verib.

2049106
Türkiyedən Cənubi Sudana dəstək

Cənubi Sudan səlahiyyətlilərinin tələbi çərçivəsində Türkiye 2018-ci ildə qəbul edilən razılaşma ilə başlayan Cənubi Sudan Sülh Prosesinə töhfə olaraq yeni yaradılan Birləşmiş Orduya 75 min hərbi forma və müvafiq material yardımı edib.
Cənubi Sudan Müdafiə Nazirliyində təşkil edilən mərasimdə Türkiyenin Kubadakı səfiri Erdem Mutaf Cənubi Sudan rəsmilərinə 75 min hərbi geyim forması və müvafiq material təhvil verib.

Mərasimdə çıxış edən Cənubi Sudan rəsmiləri Türkiye Cümhuriyyətinin Birləşmiş Orduya verdiyi dəstəkdən məmnunluqlarını ifadə edərək, türk xalqına, Türkiye hökumətinə və Milli Müdafiə Nazirliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ölkənin müdafiə nazirlikləri arasında 2021-ci ildə başlayan proses çərçivəsində verilən hərbi materialın birinci hissəsi 16 fevral 2023-cü ildə hava yolu ilə Kubaya, qalan material isə dəniz yolu ilə Keniyaya göndərilib. Mombasa Limanı, oradan isə Cənubi Sudan Müdafiə Nazirliyi tərəfindən quru yolu ilə Kubaya çatdırılıb.



Әlaqәli Xәbәrlәr