Türkiyə İsrail-Fələstin gərginliyinə reaksiya bildirdi

Türkiyə Xarici İşlər Nazirliyi İsrail-Fələstin kontekstindəki son hadisələrlə bağlı yazılı açıqlama verib ...

2047748
Türkiyə İsrail-Fələstin gərginliyinə reaksiya bildirdi

 

  İsrail-Fələstin gərginliyi ilə bağlı Türkiyə bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verdiyini və mülki vətəndaşların itkisini kəskin şəkildə qınadığını bildirdi.

  Türkiyə Xarici İşlər Nazirliyi İsrail-Fələstin kontekstindəki son hadisələrlə bağlı yazılı açıqlama verib: “İsrail və Fələstində baş verən zorakılıq və gərginliyi dərin narahatlıqla qarşılayırıq. Biz regionda əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq.

  Türkiyə olaraq sözügedən hadisələrin daha da şiddətlənmədən və geniş əraziyə yayılmadan nəzarət altına alınmasını təmin etmək üçün əlimizdən gəldiyi qədər yardım etməyə hər zaman hazırıq. Bu baxımdan müvafiq qurumlarla danışıqlarımızı davam etdiririk.

  Bu kədərli hadisələr iki dövlətli həll görüntüsünün əhəmiyyətini bir daha ortaya qoyur. Biz tərəfləri güc tətbiqindən əl çəkməyə və çox gecikmədən bu qalıcı həll yoluna dəvət edirik”.

  Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli əməliyyata başladıqlarını açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail də onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma keçdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr