Numan Kurtulmuş: "İfadə azadlığını əsas gətirərək susmaq düzgün deyil”

TBMM-nin sədri Numan Kurtulmuş Dublində keçirilən Avropa Parlamenti Sədrlər Konfransının “Qeyri-sabit Dövrlərdə Təmsilçi Demokratiya Sınaqları” adlı ikinci iclasında çıxış edib.

2044052
Numan Kurtulmuş: "İfadə azadlığını əsas gətirərək susmaq düzgün deyil”
numan kurtulmuş dublin.jpg

"Hesab edirəm ki, dünyanın bir çox yerlərində, xüsusən də Avropa qitəsində irqçilik, ksenofobiya və dini nifrətə əsaslanan hərəkətlərə qarşı ifadə azadlığını əsas gətirərək susmaq düzgün deyil”. 

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Parlamenti Sədrlər Konfransının “Qeyri-sabit Dövrlərdə Təmsilçi Demokratiya Sınaqları” adlı ikinci iclasında çıxışı zamanı deyib.

Numan Kurtulmuş xüsusilə informasiya texnologiyalarının istifadəsi ilə nifrət cinayətlərinin getdikcə adi hala çevrildiyini söyləyib: "Səhv məlumatların nəzarətsiz şəkildə dövriyyəyə buraxılır. Bütün dezinformasiyalar və çaşdırıcı məlumatlar cəmiyyətdə qütbləşməni və ekstremizmi gücləndirir və dövlət qurumlarına inamın sarsıdılması ilə nəticələnir. Radikal hərəkatların güclənməsi təmsilçi demokratiyalara əngəllər olaraq ön plana çıxır. Xüsusilə də son zamanlar, məsələn, Avropanın bəzi ölkələrində Qurani-Kərimin yandırılması aksiyaları. 2 milyard insanın dini inanclarının açıq şəkildə təhqir edilməsi, hücuma əsaslanan hərəkətlərin ortaya qoyulması əslində təkcə müsəlmanların müqəddəs dəyərlərinə təhqir deyil, həm də insanlığın təhqir edilməsidir. Ona görə də deyirik ki, bu hadisələrə susmaq, buna ifadə azadlığı, demokratik azadlıq kimi baxmaq düzgün deyil. Bu aksiyaların davamı xüsusilə Avropada ağlabatan və mötədil siyasəti zəhərləyəcək, ağlabatan və mötədil siyasi dairələrə təzyiq edəcək. İslamofobiyaya qarşı hərəkətin və ona qarşı tədbirin görülməsinin təmsilçi demokratiyaların qarşısındakı maneələrin aradan qaldırılmasında əhəmiyyətli olduğunu bildirirəm”.

Numan Kurtulmuş dünən Dublində İrlandiya Senatının sədri Cerri Buttimer və İsrail parlamentinin sədri Amir Ohana ilə ayrı-ayrılıqda görüşüb.

Dublin Konqres Mərkəzində keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsində Türkiyenin rolu, Türkiye-Avropa Şurası əlaqələri və beynəlxalq hadisələr müzakirə edilib.

Türkiye Böyük Millət Məclisinin sədri N.Kurtulmuş görüşdə Türkiyenin AŞPA-nın işinə mühüm töhfələr verdiyini bildirib.

Rusiya-Ukrayna müharibəsində diplomatiyanın əhəmiyyətinə diqqət çəkən Kurtulmuş bu müharibənin təkcə iki ölkəni deyil, bütün dünyaya təsir etmə potensialına malik olduğunu, bu müharibəni bir an əvvəl bitirməyin hər kəsin vəzifəsi olduğunu, müharibənin başa çatmasının Avropanın gələcəyi üçün də vacib olduğunu deyib.

AŞPA sədri Kox da Türkiyenin Rusiya-Ukrayna müharibəsində oynadığı rolu yüksək qiymətləndirdiklərini ifadə edib.

Diplomatiyanın əhəmiyyətinə toxunan Kox Taxıl Dəhlizi sazişinin bu prosesdə ən böyük uğurlardan biri olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr