Avropa İttifaqı Türkiyəyə bu mövzuda dəstəyini davam etdirəcək

Aİ Komissiyası Türkiyənin ev sahibliyi etdiyi qaçqınlara və cəmiyyətlərə dair hər il hazırlanan hesabatın yeddincisini yayınlayıb

2043184
Avropa İttifaqı Türkiyəyə bu mövzuda dəstəyini davam etdirəcək

 

  Avropa İttifaqı (Aİ) Türkiyəyə qaçqınlar və ev sahibliyi etdiyi icmalarla bağlı dəstəyini davam etdirəcəyini bəyan edib.

  Aİ Komissiyası Türkiyənin ev sahibliyi etdiyi qaçqınlara və cəmiyyətlərə dair hər il hazırlanan hesabatın yeddincisini yayınlayıb.

  Türkiyə hakimiyyət orqanları ilə sıx əməkdaşlıq çərçivəsində əsas ehtiyaclar, təhsil, səhiyyə, sosial-iqtisadi dəstək, bələdiyyə infrastrukturunun gücləndirilməsi və sərhədlərin idarə olunması kimi əsas sahələrdə mühüm irəliləyişlər əldə olunduğu qeyd edilib.

  Türkiyənin "dünyanın ən böyük qaçqın icmasına ev sahibliyi edən ölkə” olmağa davam etdiyi və onların ehtiyaclarını ödəmək üçün mühüm səylər göstərdiyi ifadə edilən hesabatda Aİ Komissiyasının Qonşuluqdan Məsul üzvü Oliver Varhelinin sözləri də yer alır. O deyib: "Aİ Türkiyədəki qaçqınların və ev sahibliyi etdiyi icmaların yanında olmağa davam edəcək. Komissiya mövcud reallıqlara uyğun olaraq sabitlik və təhlükəsizliyə böyük sərmayə kimi 2023-cü ildən sonra da dəstəyi səfərbər etməyi sürdürmək təklifi ilə üzv dövlətlərə müraciət edib. Müvafiq müzakirələr yekunlaşdırılır. Ümid edirəm ki, üzv dövlətlər məsələ üzərində işləməyə davam edəcəklər."



Әlaqәli Xәbәrlәr