Ərdoğan və Ənvər İbrahimin birgə bəyanatı

Prezident Ərdoğan və Ənvər İbrahim Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki Türk Evində görüşüb.

2040442
Ərdoğan və Ənvər İbrahimin birgə bəyanatı

Prezident Rəcəb Tayyib Ərdoğan və Malayziyanın Baş naziri Ənvər İbrahim son vaxtlar İslama və müsəlmanlara qarşı sui-istifadə, nifrət ifadəsi və zorakılığı təşviq edən populist diskursları ən sərt şəkildə qınadıqlarını bildiriblər.

Prezident Ərdoğan və Ənvər İbrahim Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki Türk Evində görüşüb.

İki lider müsəlmanlara qarşı artan nifrət və zorakılıq hərəkətləri ilə bağlı birgə bəyanat verib.

İki lider bildiriblər ki, son günlər bəzi Avropa ölkələrində Qurani-Kərimin nüsxələrinin ifadə azadlığı adı altında yandırıldığı hadisələri, müsəlmanlara qarşı sui-istifadə, nifrət ifadəsi və zorakılığı təşviq edən populist diskussiyalar ən sərt şəkildə pislənilir.

Dövlətlərin dinə və ya inanca əsaslanan zorakılığın təşviq edilməsini cinayət hesab etməsi və cavabdehliyin təmin edilməsi üçün təcili addımlar atmalı olduqlarını vurğulayan Ərdoğan və Ənvər İbrahim “Biz bütün maraqlı tərəfləri, o cümlədən hökumətləri ayrı-seçkilik, ksenofobiya, irqçilik və nifrət nitqi ilə beynəlxalq insan hüquqlarına hörmətlə yanaşmaq üçün səyləri artırmağa çağırırıq” deyiblər.



Әlaqәli Xәbәrlәr