İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub

İstanbul Hava Limanı 21-27 avqust tarixləri arasında gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanı oldu.

2035108
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub

İstanbul Hava Limanı 21-27 avqust tarixləri arasında gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL”  21-27 avqust tarixlərinə dair  Avropa Aviasiya Hesabatını dərc edib.

Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1523 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

Müvafiq dövrdə Amsterdamın Schiphol hava limanından 1382 və Parisin ''Şarl de Qoll'' hava limanında 1377 uçuş həyata keçirilib.

Sözügedən hesabata görə, ''Türk Hava Yolları'' bu tarixlər ərzində gündə  1642 uçuş həyata keçirib.



Әlaqәli Xәbәrlәr