TEKNOFEST Ankara sona çatdı

Cümhuriyyətin 100-cü ildönümündə paytaxt Ankarada ilk dəfə təşkil edilən və vətəndaşların böyük marağına səbəb olan dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı TEKNOFEST sona çatdı.

2032770
TEKNOFEST Ankara sona çatdı
teknofest ankara1.jpg
teknofest ankara.jpg

Cümhuriyyətin 100-cü ildönümündə paytaxt Ankarada ilk dəfə təşkil edilən və vətəndaşların böyük marağına səbəb olan dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı TEKNOFEST sona çatdı.
30 avqust-3 sentyabr tarixləri arasında Etimesgut hava limanında keçirilən festival 125 qurumun iştirakı ilə həyata keçirilib.
Tam müstəqil Türkiye üçün “Milli Texnologiya Hərəkatı” baxışı ilə təşkil edilən TEKNOFEST milyonlarla insanı bir araya gətirdi.
Tədbirdə ''Türk Yıldızları'', SOLOTÜRK, HÜRKUŞ, GÖKBEY, AKSUNGUR, ''Bayraktar TB2'', ''Jandarma Çelik Kanatlar'', ''Akıncı'', ATAK helikopteri və ANKA nümayiş etdirilib.
5 gün davam edən festivalı Prezident Rəcəb Tayyib Ərdoğan və nazirlər başda olmaqla iqtisadiyyat, siyasət və iş dünyasının nümayəndələri ziyarət ediblər.
TEKNOFEST rəhbərliyinin verdiyi açıqlamaya görə, TEKNOFEST-i 943 min insan ziyarət edib.
Qeyd edək ki, növbəti TEKNOFEST 27 sentyabr-1 oktyabr tarixləri arasında İzmirdə keçiriləcək.



Әlaqәli Xәbәrlәr