Türkiyenin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Son bir həftədə terrorla mübarizə əməliyyatları çərçivəsində 53 terrorçu zərərsizləşdirilib.

2022882
Türkiyenin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Son bir həftədə terrorla mübarizə əməliyyatları çərçivəsində 53 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyininin yaydığı məlumata əsasən, son bir həftədə 53, il ərzində isə ümumilikdə 995 terrorçu zərərsizləşdirilib.
Məlumatda 2015-ci ilin 24 iyul tarixindən etibarən zərərsizləşdirilən terrorçuların sayının 38 min 338-ə çatdığı bildirilib.
İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid'' əməliyyatı çərçivəsində indiyədək 586 terrorçu zərərsizləşdirilib, 1316 silah və sursat, 2 min 15 mina/PİP ələ keçirilib,  614 mağaraya basqın edilib.
Məlumatda həmçinin ötən gün separatçı terror təşkilatının bu bölgələrə təşkil etdiyi hücum nəticəsində 5 əsgərin şəhid olduğu xatırladılıb.
Terrorçular son bir həftə ərzində Suriyada əməliyyat bölgələrinə təcavüz atəşi açmağa cəhd ediblər. Türkiye hərbçilərinin lazımi cavabı nəticəsində 45 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
İlin əvvəlindən etibarən əməliyyat bölgələrinə 86 dəfə hücum edilib. Türkiye hərbçilərinin adekvat cavabı nəticəsində ümumilikdə 744 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr