Hakan Fidan ''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli”nә ev sahibliyi edib

XIV Səfirlər Konfransı çərçivəsində ''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli” mövzusunda panel iclas keçirilib.

2021988
Hakan Fidan ''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli”nә ev sahibliyi edib

XIV Səfirlər Konfransı çərçivəsində ''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli” mövzusunda panel iclas keçirilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyenin xarici işlər naziri Hakan Fidanın ev sahibliyində keçirilәn iclasda mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Ali Təhsil Şurasının sədri professor Erol Özvar iştirak ediblər.

''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli” mövzusunda keçirilən iclasda Cümhuriyyətin 100-cü ildönümündə təşkil ediləcək tədbirlər ilə yanaşı, mədəni sərvətlərin qorunması, turizm, beynəlxalq tələbələr və təhsil, dezinformasiya ilə mübarizə və strateji kommunikasiya məsələləri müzakirə edilib.

Paneldə Xarici İşlər Nazirliyi ilə aidiyyəti nazirlik və idarələr arasında mədəniyyət və xalq diplomatiyası sahələrində koordinasiya və əməkdaşlıq məsələləri müzakirə olunub.

XIV Səfirlər Konfransı xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə  xaricdə və mərkəzi təşkilatlarda fəaliyyət göstərən bütün səfirlərin iştirakı ilə 5-9 avqust tarixlərində paytaxt Ankarada keçirilir.



Әlaqәli Xәbәrlәr