Türkiyə PUA və SİHA-ları ABŞ gündəmində
“American Business İnsider” jurnalı Körfəz ölkələrinin Türkiyə pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və “Bayraktar TB2”nin yüksəlişi ilə bağlı diqqətəlayiq bir analiz dərc edib
Türkiyə müdafiə sənayesinin fəxri olan PUA-lar (pilotsuz uçuş aparatları) və SİHA-lar (silahlı dronlar) yenidən ABŞ mətbuatının gündəmində olub.
“American Business İnsider” jurnalı Körfəz ölkələrinin Türkiyə pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və “Bayraktar TB2”nin yüksəlişi ilə bağlı diqqətəlayiq bir analiz dərc edib.
Məqalədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə istehsalı olan İHA və SİHA-larla maraqlandığı yazılıb.
Qeyd olunub ki, Türkiyə Yaxın Şərqdəki qonşuları ilə müdafiə sənayesi ticarətini artırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının paytaxtı Riyada gedişi zamanı rekord sayda müqavilə imzalandığı xatırladılıb.
Məqalədə Körfəz ölkələrinin daha əvvəl Çin istehsalı olan dronlardan istifadə etdiyi qeyd olunub. Bununla belə, “Bayraktar TB2”nin sürətli yüksəlişinin Çin pilotsuz təyyarələrini kölgədə qoyduğu, Körfəz ölkələrinin bir neçə ilə Türkiyə pilotsuz təyyarələrinin ən böyük müştərisinə çevrildiyi yazılıb.
Әlaqәli Xәbәrlәr
Suriyanın şimalında 5 terrorçu daha zərərsizləşdirildi
Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.