“Baykar” Pakistanda

... Bu yolla Pakistanla Türkiyənin strateji sahələrdə əməkdaşlığı daha da möhkəmlənəcək

2020692
“Baykar” Pakistanda
baykar pakistan fuar1.jpg
baykar pakistan fuar.jpg

 

  “Baykar” Pakistanın Ravalpindi şəhərində avqustun 5-də rəsmi açılışı olan Milli Aerokosmik Elm və Texnologiya Parkında (NASTP) yerini alıb.

  Pakistan baş naziri Şahbaz Şərifin açılış nitqini söylədiyi mərasimdə “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraqdar da iştirak edib.

  Açılışdan sonra “Baykar” və NASTP arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Səlcuq Bayraqdar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman imzalayıb.

  “Baykar” tərəfindən qurulan "Baykar Teknoloji" Pakistanın aerokosmik ekosisteminə töhfə verəcək.  NASTP nəzdində “Ar-Ge” fəaliyyətlərini həyata keçirəcək “Baykar” texnologiya şirkəti tərəflərin qarşılıqlı innovasiya və yüksək texnologiya inkişaf imkanlarının artması üçün çalışacaq. Bu yolla Pakistanla Türkiyənin strateji sahələrdə əməkdaşlığı daha da möhkəmlənəcək.

  Qeyd edək ki, müdafiə və aerokosmik sənayenin ən böyük ixracatçılarından olan “Baykar”ın 2022-ci ildə 1,4 milyard dollarlıq satış dövriyyəsi olub. S.Bayraqdar 30 dövlətlə “TB2 SİHA”, 7 ölkə ilə isə “Bayraktar AKINCI TİHA” ilə bağlı ticarət müqavilələri imzalayıb.



Әlaqәli Xәbәrlәr