Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələr beşliyinə oldu

Bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib

2019502
Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələr beşliyinə oldu

 

  2023-cü ilin yayında Türkiyə ilk dəfə rusiyalı turistlər üçün ən bahalı ölkələrin beşliyinə daxil olub. Bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) icraçı direktoru Maya Lomidze bildirib. Onun sözlərinə görə, turizm tarixində heç vaxt belə şey olmayıb, Türkiyə istiqaməti həmişə kütləvi və sərfəli hesab edilib.

  Maya Lomidze deyib: “Bu yay ən bahalı istiqamət Maldiv adalarıdır: oraya 10 günlük səyahətin qiyməti iki nəfər üçün orta hesabla 390 min rubl təşkil edir. İkinci yeri Kuba (238 min rubl), üçüncü yeri Şri-Lanka (213 min rubl) tutur, onun ardınca isə Türkiyə gəlir (183-185 min rubl). Bu yay ən ucuz istiqamət Rusiyadır: uçuş da daxil, iki nəfərlik səyahətin qiyməti orta hesabla 80-85 min rubldur. 2023-cü ilin birinci yarısında Rusiyaya gələn xarici turistlərin sayı 187,8 min nəfər təşkil edib ki, bu da pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 10 dəfə azdır”.

  Qeyd edək ki, 2022-ci ildə Türkiyəyə 5,2 milyonu ruslar olmaqla, 44,6 milyondan çox xarici turist gəlib. Rusiyadan gələn turistlərin sayında rekord göstərici isə 2018-ci ildə qeydə alınıb. O vaxt Türkiyə 6 milyona yaxın rusiyalı turisti qəbul etmişdi.



Әlaqәli Xәbәrlәr