Cevdet Yılmaz Pakistana rəsmi səfər edəcək

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz Pakistan MİLGEM layihəsinin 4-cü gəmisi olan PNS TARIQ-ın Kəraçi gəmiqayırma zavodunda suya buraxılış mərasimində iştirak edəcək.

2018860

Pakistanın Baş naziri Şahbaz Şərifin də Karaçi gəmiqayırma zavodunda gəminin suya buraxılması mərasimində iştirak edəcəyi bildirilib.

Səfər çərçivəsində, Cevdet Yılmaz Pakistanın Baş naziri Şahbaz Şəriflə təkbətək görüş keçirəcək və heyətlərarası görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, Pakistan MİLGEM Layihəsinin 4-cü gəmisi olan PNS TARİQ avqustun 2-də təntənəli mərasimlə suya buraxılacaq.

ASFAT 6 sentyabr 2018-ci il tarixində Pakistan Müdafiə istehsalat nazirliyi ilə imzalanan müqavilə çərçivəsində, Pakistan Hərbi Dəniz Qüvvələrinə 4 ədəd PN MİLGEM korveti sataraq, o dövrdə Türkiyenin müdafiə sənayesində ən böyük tək ixrac layihəsini həyata keçirib.

Xatırladaq ki, Türkiye Milli Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Nazirliyi arasında imzalanan G2G müqaviləsi nəticəsində MİLGEM Corvettes-in ilk ixrac müştərisi Pakistan olub.

Hazırda Türkiye Hərbi Dəniz Qüvvələrinin inventarında 4 ədəd MİLGEM ADA sinif korveti var.

Әlaqәli Xәbәrlәr