Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 24-də paytaxt Ankarada Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

2015559
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 24-də paytaxt Ankarada Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib.

Ərdoğan 21 ildə Türkiyeyə qazandırılan təhsil, səhiyyə, təhlükəsizlik, nəqliyyat, enerji və yaşayış sahəsi başda olmaqla bütün sahələrdə geniş yayılmış infrastrukturun böyümənin ən mühüm hərəkətverici qüvvəsi olduğunu deyib.

Ticarətdən sənayeyə, kənd təsərrüfatından turizmə qədər məşğulluğun və istehsalın lokomotivi olan hər sahədə işlərin davam etdiyini vurğulayan Ərdoğan “İxracımız və turizmimiz demək olar ki, hər ay rekordlar qıraraq yoluna davam edir. Ölkəmiz getdikcə beynəlxalq investorların diqqətini cəlb edir. Keçirdiyimiz hər görüşdə bizə ölkəmizə milyardlarla, on milyardlarla dollar sərmayə yatırılacağı vəd edilir” deyib.

Ərdoğan Türkiyeni son 20 ildə orta hesabla 5,5 faiz inkişaf etdirdiklərini, milli gəliri 238 milyard dollardan 1 trilyon dollara çatdırdıqlarını, milli gəlir sırasında satın alma paritetinə görə dünyada 11-ci yerdə olduqlarını bildirib.

Dövlət başçısı məşğulluğu 19 milyondan 32 milyona, ixracı 35 milyard dollardan 254 milyard dollara, turist sayını 15 milyondan 52 milyona, turizm gəlirini isə 12 milyard dollardan 46,5 milyard dollara yüksəltdiklərini ifadə edib:

"Hər sahədə misli görünməmiş uğurlar əldə etdik və onu bu günə çatdırdıq. Əhalisi artan və işçi qüvvəsinə qoşulma nisbəti artan bir Türkiyedə məşğulluğun davamlı artmasını da bu tabloya borcluyuq". 

Ölkənin və millətin qazancından zərrə qədər geriləməyə imkan verməyəcəklərini vurğulayan prezident Ərdoğan sabitlik, inam və davamlılıq istiqamətində yollarına davam edəcəklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr