''TRT 12 Punto'' mükafatları sahiblərinə təqdim edildi

Türkiye Radio və Televiziya Qurumunun (TRT) bu il beşinci dəfə təşkil etdiyi “TRT 12 Punto” tədbiri mükafatlandırma mərasimi ilə sona çatdı.

2015395
''TRT 12 Punto'' mükafatları sahiblərinə təqdim edildi
12 punto.3.jpeg
12 punto.2.jpeg
12 punto.1.jpeg

Türkiye Radio və Televiziya Qurumunun (TRT) bu il beşinci dəfə təşkil etdiyi “TRT 12 Punto” tədbiri mükafatlandırma mərasimi ilə sona çatdı.

Mərasimdə çıxış edən TRT-nin baş direktoru Mehmet Zahid Sobacı deyib: “Türkiyenin ictimai yayımçı orqanı olaraq kinoya verdiyimiz əhəmiyyəti bir daha vurğulamaq istərdim.Türkiyenin kino sektorunu dəstəklədiyimiz üçün xoşbəxtlik hissi keçiririk''.

Bu il 16-23 iyul tarixləri arasında 22 fərqli ölkənin iştirakı ilə üç fərqli platformada təşkil edilən “TRT 12 Punto” tədbiri sona çatdı. TRT 2 telekanalında canlı yayımlanan mükafatlandırma mərasiminə TRT-nin baş direktoru Mehmet Zahid Sobacı ilə Türk və dünya kinosunun məşhur simaları qatılıb.

TRT baş direktoru Mehmet Zahid Sobacı ''12 Punto''nun bütün maraqlı tərəfləri və kinoya dair hər şeyi əhatə edən, birgə istehsal edilən zənginlikdən bəhrələnən və ən əsası orijinallığı ilə seçilən bir platforma olduğunu vurğulayıb.

“Biz ''12 Punto'' çərçivəsində milli və beynəlxalq səviyyədə mədəniyyət sahəsində yeniliklərə imkan veririk. Türk və dünya kinosunun aparıcı simalarının bələdçiliyini gənclər və yeni ideyalar üçün əlçatan edirik. Bu sektora yeni simalar və güclü əsərlər cəlb edərək yəni kinematoqrafiyanın gələcəyini zənginləşdirməklə yanaşı, müxtəlifliyin üstünlük təşkil etdiyi mühitə də öz töhfəmizi veririk”,-deyә Mehmet Zahid Sobacı qeyd edib.

Bu il ''12 Punto''ya yeniliklər əlavə edildiyini ifadə edən M.Z. Sobacı deyib: “Kann, Venesiya, Sundance, Lokarno və Rotterdam festivallarının münsiflər heyəti bu yeni proses sayəsində çəkilmiş və montaj mərhələsində olan dörd film ilə tanış olub. Filmlərimizin iyirmi dəqiqəlik montajlarına baxılıb.  Ümidvaram ki, qarşıdakı illərdə bu filmlər böyük festivallarda nümayiş olunacaq. Bu il ''12 Punto''ya 100-dən çox uzun metrajlı və 400-ə yaxın qısametrajlı filmlə bağlı müraciət edilib. Bütün iştirakçılara göstərdikləri səylərə görə təşəkkür edirik. Kino macəralarınızda sizə uğurlar arzulayıram”.

“TRT-nin ortaq istehsalatları son üç ildə  236 mükafat qazandı” deyən Mehmet Zahid Sobacı Türkiyenin ictimai yayımçı orqanı olaraq kono sektoruna verdikləri önəmi xüsusi vurğulayıb.

Mehmet Zahıd Sobacı deyib: “Milli və beynəlxalq festivallarda mövcudluğumuz  və uğurlarımız günü-gündən artır. TRT-nin birgə istehsal etdiyi filmlər son üç ildə 236 mükafat qazanıb. Qeyd etmək istərdim ki, TRT-nin birgə istehsalı olan bədii filmlər festival və kinoteatrlarda nümayiş olunduqdan sonra təbii ki, Türkiyenin beynəlxalq rəqəmsal platformasında yayımlanaraq böyük tamaşaçı auditoriyasına çatdırılır. Bundan sonra da kinematoqrafiyanın hər sahəsində və mərhələsində səylərimizi artıracağıq”.

Bu il Balkan coğrafiyasından çox əhəmiyyətli qonaqları qəbul etdiklərini ifadə edən Mehmet Zahid Sobacı deyib:

“Serbiya, Xorvatiya, Monteneqro və Sloveniyanın kino mərkəzlərinin rəhbərləri həm bizim layihələrimizlə tanış olmaq, həm də öz ölkələrindəki maliyyə imkanları ilə bağlı məlumat vermək üçün burada idilər. Onlara təşəkkür edirəm. İnanıram ki, qarşıdakı illərdə daha çox Türkiye-Balkan birgə layihələrini görəcəyik”.

Mükafatlar sahiblərinə təqdim edildi.

Tədbirin final mərasimində dünya kinematoqrafiyasının beş əhəmiyyətli simasından ibarət münsiflər heyəti İki layihəni  “Beynəlxalq birgə istehsal mükafatı”, üç layihəni “TRT birgə istehsal mükafatı”, üç layihəni “TRT ''Ön Alım'' mükafatı” və altı layihəni  “Layihə hazırlama mükafatı”na layiq gördülər.

Mükafatlar TRT-nin baş direktoru Mehmet Zahid Sobacı, TRT Baş direktorunun müavini Muhammed Ziyad Varol və münsiflər heyəti üzvləri Eva Puszinska, Dennis Ruh, Danis Tanovic, Fatma Al-Remaihi və Mirsad Purivatra tərəfindən sahiblərinə təqdim olunub.

Tədbir çərçivəsində həmçinin bu il TRT və Sarayevo Film Festivalının əməkdaşlığı ilə finala yüksələn iki layihə “Sarayevo Film Festivalı Cinelink Mükafatı”na layiq görülüb.

Sarayevo Film Festivalı Cinelinkin direktoru Amra Baksiç Camo tərəfindən  müəyyən etdiyi layihələr “Sarayevo Film Festivalı Cinelink Producer Lab” və “Sarayevo Film Festivalı Cinelink birgə istehsalı mükafatına'' layiq görülüb. 



Әlaqәli Xәbәrlәr