15 İyul ilə əlaqədar xaricdəki səfirlik və konsulluqlarda xatirə proqramları

15 İyul foto-sərgisinin nümayiş olunduğu tədbirdə qonaqlar Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin hazırladığı “15 İyul Demokratiya və Milli Birlik Günü” sənədli filminə də baxıblar

2011664
15 İyul ilə əlaqədar xaricdəki səfirlik və konsulluqlarda xatirə proqramları

 

  15 İyul Türkiyə Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xaricdəki səfirlik və konsulluqlarda xatirə proqramları keçirilib.

  ABŞ-da Nyu-Yorkdakı baş konsulluğun təşkil etdiyi proqramda Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal, Türkiyənin Nyu-York baş konsulu Reyhan Özgür, yerli və xarici diplomatik missiya əməkdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar iştirak ediblər.

  Proqram başlamazdan əvvəl Türkevinin 16-cı mərtəbəsinin eyvanında 15 iyulda şəhid olan şəhidlərin adları və fotoşəkillərinin yer aldığı nəhəng bayraq asılıb.

  Türkiyənin Perudakı səfirliyində keçirilən tədbirdə səfir Serra Kaleli, türk təşkilatları nümayəndələri və bu ölkədə yaşayan Türkiyə vətəndaşları iştirak ediblər.

  Braziliya baş konsulluğunda keçirilən tədbirdə “Türkiyə əsri”nin qəhrəmanlarına hörmət və minnətdarlıq hissləri ifadə olunub.

  Türkiyənin Ekvadordakı səfiri Makbule Başak Yalçının ev sahibliyi etdiyi 15 İyul Demokratiya və Milli Birlik Günü anma mərasimi bu ölkədə yaşayan Türkiyə vətəndaşları və müsəlman icması nümayəndələrinin iştirakı ilə keçirilib.

  Kolumbiyadakı Boqota səfirliyində vətən uğrunda canlarını fəda etmiş şəhidlərin anma mərasiminin keçirildiyi 15 iyul Demokratiya və Milli Birlik Günündə türk qurumlarının nümayəndələri və Türkiyə vətəndaşları iştirak edib.

  Venesuelada Türkiyənin səfiri Aydan Karamanoğlunun ev sahibliyi ilə 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə xatirə tədbiri keçirilib.

  Türkiyənin Argentinadakı səfiri Süleyman Ömür Budakın iştirakı ilə 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə səfirlik binasında şəhidlər və qazilər üçün mərasim təşkil olunub.

  Yaponiya Türkiyə Diyanət İşləri İdarəsinin Tokiodakı məscidinin Ərtoğrul salonunda olan anma proqramına türkiyəlilər, QHT nümayəndələri və qonaqlar qatılıb. 15 İyul foto-sərgisinin nümayiş olunduğu tədbirdə qonaqlar Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin hazırladığı “15 İyul Demokratiya və Milli Birlik Günü” sənədli filminə baxıblar.



Әlaqәli Xәbәrlәr