“Togg” avtomobilləri Türkmənistanın ağıllı şəhərində

Mərasimdəki çıxışında türkiyəli nazir M.F.Kacır dedi...

2005494
“Togg” avtomobilləri Türkmənistanın ağıllı şəhərində
togg turkmenistan2.jpg
togg turkmenistan1.jpg
togg turkmenistan.jpg

 

  Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və “Togg” heyəti iki ağ avtomobili Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədova təhvil verdi.

  Avtomobillər Arxadağ ağıllı şəhərinin (smart sity) açılış mərasimində təqdim olundu.

  S.Berdiməhəmmədov “Togg”un T10X modelini sınaqdan keçirdi, avtomobili çox bəyəndiyini söylədi, Türkiyə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü çatdırdı.  

  Atlı dəstələrinin iştirakı ilə keçirilən parada “Togg” da qoşuldu.

  Mərasimdəki çıxışında türkiyəli nazir M.F.Kacır dedi: “Türkiyə mühəndislərinin ağıllı cihazları olan “Togg” avtomobillərinin ağıllı şəhərin açılış mərasimində təqdim edilməsi xüsusi məna kəsb edir. Biz Azərbaycan və Qazaxıstandan sonra Türkmənistana "Togg" markalı avtomobilləri çatdırdığımız üçün qürur duyuruq. Paradda prezidentimizin adı çəkildi, mərasimdə "Togg" markalı avtomobilimiz nümayiş olundu. Bu, bizim üçün qürurverici idi. "Togg" avtomobilləri təkcə Türkiyə deyil, bütün dünyada, xüsusilə türk cümhuriyyətləri və qardaş coğrafiyalarımızda böyük heyranlıqla təqdir olunmağa davam edəcək”.



Әlaqәli Xәbәrlәr