2023-cü ilin yanvar-may aylarında Türkiyədə ev alan xaricilər

Türkiyə Statistika Təşkilatının ev satışı statistikasına görə...

2004743
2023-cü ilin yanvar-may aylarında Türkiyədə ev alan xaricilər

 

  2023-cü ilin yanvar-may aylarında Türkiyədə rusiyalılar xaricilər arasında mənzil alınmasında liderliklərini davam etdirdilər.

  Türkiyə Statistika Təşkilatının ev satışı statistikasına görə, yanvar-may dövründə ən çox ev satılan rayon Antalya, ondan sonra İstanbul, Mersin, Ankara, Bursa və Yalovadır.

  Sözügedən zaman aralığında ən çox rusiyalılar mənzil alıb. Rusiya Federasiyası vətəndaşlarına satılan yaşayış evlərinin sayı 44,4 % artaraq 5723-ə çatıb.

  Ukrayna vətəndaşları 770 mənzilə sərmayə qoyub. Ötən il 6-cı yerdə olan ukraynalılar bu il ilk 5 ayda 4-cü pilləyə yüksəliblər.

  Yanvar-may aylarında 2324 İran, 809 İraq, 605 Qazaxıstan, 564 Almaniya, 373 Küveyt, 364 Çin, 336 Azərbaycan, 297 ABŞ vətəndaşı Türkiyədə ev alıb.

  Əvvəlki illərdə vətəndaşları Türkiyədən mənzil alan ölkələrin siyahısında hər zaman ilk 4-lükdə olan Səudiyyə Ərəbistanı iki ölkə arasındakı münasibətlərdəki gərginliyə görə 2020-ci ildə 17-ci yerə düşmüşdü və 2021-ci ildə isə siyahıya daxil edilməmişdi. Ölkələr arasında yaxınlaşmadan sonra 2022-ci ildə Səudiyyə Ərəbistanı yenidən siyahıya daxil olub və vətəndaşlarının ilk 5 ayda Türkiyədən aldıqları evlərin sayı 79,4 faiz artaraq 296-ya yüksəlib və 11-ci sıraya gəliblər.



Әlaqәli Xәbәrlәr