“Türk dünyası ilə bağlı yeni layihələrə start verdik”, R.T.Ərdoğan

Prezident Aparatında Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edən R.T.Ərdoğan ŞKTR və Azərbaycan səfərlərinə də toxunaraq deyib...

1999924
“Türk dünyası ilə bağlı yeni layihələrə start verdik”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan dedi ki, nə Türkiyə, nə də Şimali Kipr Türk Respublikası (ŞKTR) onların hüquqlarının qəsb edilməsinə icazə verməyəcək.

  Prezident Aparatında Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edən R.T.Ərdoğan ŞKTR və Azərbaycan səfərlərinə də toxunaraq deyib: “Qıbrızın prezidenti Ersin Tatarla görüşümüzdə Kipr məsələsinə güclü dəstəyimizi açıq şəkildə ifadə etdik. Türk millətinin ayrılmaz bir parçası olan Qıbrız türk xalqı ilə çiyin-çiyinə mübarizəmiz sürəcək. "Vətən"lə "övlad" arasındakı inteqrasiyanı dərinləşdirmək üçün hər cür hüquqi, iqtisadi və siyasi addımları atacağıq. Nə Türkiyə, nə də Qıbrız cümhuriyyəti hüquqlarının qəsb edilməsinə əsla icazə verməyəcək.

  Azərbaycanın paytaxtı Bakıda ölkə prezidenti İlham Əliyevlə görüşümüz zamanı isə ikitərəfli əlaqələri hər sahədə inkişaf etdirəcək bir çox mühüm qərarlar aldıq.

  Biz Ermənistanla davam edən normallaşma prosesini dəstəkləyirik. Bölgəmizdə sülh və sabitliyin bərqərar olması ilə bağlı gözləntilərimiz var. 30 ilə yaxın işğaldan sonra bu gün Qarabağda Azərbaycan bayrağının qürurla dalğalandığını görürük. Qardaşlığımızı iqtisadi və siyasi inteqrasiya modelinə çevirmək üçün daha çox çalışacağıq. Təxminən 1,5 əsr əvvəl mərhum İsmayıl Kaspiralının dediyi kimi “Dildə, fikirdə, işdə birlik” hədəfi ilə Azərbaycanla əlaqələrimizi daha da gücləndirəcəyik. Türk dünyası ilə bağlı yeni layihələrə start verdik”.



Әlaqәli Xәbәrlәr