Türkiye XİN Hindistana başsağlığı verdi

Türkiye ötən gün Hindistanda baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verib, yaralılara şəfa diləyib.

1994857
Türkiye XİN Hindistana başsağlığı verdi

Türkiye ötən gün Hindistanda baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verib, yaralılara şəfa diləyib.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: ''Hindistanın Odişa ştatında ötən gecə baş verən qatar qəzası nəticəsində 300-ə yaxın insanın həyatını itirməsi və 1000-ə yaxın adamın yaralanması ilə bağlı xəbər bizi kədərləndirib. Qəza nəticəsində həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik''.
Türkiye Prezidentinin  sözçüsü İbrahim Kalın da qəzada həyatını itirənlər ilə əlaqədar Hindistan xalqına və hökumətinə başsağlığı verib.
Rəsmi internet səhifəsində paylaşım edən İbrahim Kalın deyib:
“Hindistan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Türkiye hər növ yardıma hazırdır”. 
Qeyd edək ki, dünən Hindistanın Odişa ştatında baş verən qatar qəzasında 288 nəfər ölüb, 900-dən çox insan yaralanıb.Qəza nəticəsində həyatını itirənlərin sayının artacağı istisna olunmayıb.Qəza ilə əlaqədar bir sıra qatar reysi ləğv edilib, ölkədə bir günlük matəm elan olunub.



Әlaqәli Xәbәrlәr