Türkiyedə bu gün prezident və parlament seçkiləri keçirilir

Türkiyedə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başladı.

1986009
Türkiyedə bu gün prezident və parlament seçkiləri keçirilir

Türkiyedə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-dan etibarən başladı.

Ölkədə 5 il fəaliyyət göstərəcək prezident və yeni parlament üzvlərini seçmək üçün seçki keçirilir. Səsvermə işləri Türkiye vaxtı ilə 17:00-da başa çatacaq.

Keçirilən prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək. Xarici ölkələrdə yaşayan Türkiye vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.

Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.



Әlaqәli Xәbәrlәr