Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb

Liviyanın paytaxtı Tripoli ilə İstanbul arasında gəmi səfərlərinin başladığı bildirilib.

1985469
Tripoli ilə İstanbul arasında gəmi səfərləri başlayıb

Liviyanın paytaxtı Tripoli ilə İstanbul arasında gəmi səfərlərinin başladığı bildirilib.
Misrata Dəniz Vağzalının "Facebook" hesabından edilən paylaşımda ""Kevalay Queen" gəmisi paytaxt Tripolidən İstanbula ilk səfərində İstanbulun Zeyport Limanına getmək üçün Tripolidəki əş-Şiab Limanından ayrıldı" deyilib.

Paylaşımda "Kevalay Queen" gəmisinin, sərnişinlərin və ekipajın fotoları da yer alıb.

Xatırladaq ki, 25 ildən sonra "Karanfil Group", "Kevalay Tourism" və Liviya Dəmir-Polad şirkəti (LISCO) ortaqlığı ilə 1 dekabr 2021-ci il tarixində Liviyanın Misrata şəhəri ilə İzmir arasında gəmi səfərləri başlayıb.



Әlaqәli Xәbәrlәr