Mustafa Şentop Serbiyaya başsağlığı verib

Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop Serbiyadakı hücumda həyatını itirənlər üçün başsağlığı verib.

1982360
Mustafa Şentop Serbiyaya başsağlığı verib

Türkiye Böyük Millət Məclisinin sədri Şentop Serbiyanın paytaxtı Belqradda ibtidai məktəbə silahlı hücum nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
Türkiye Böyük Millət Məclisinin sədri Mustafa Şentop sosial media hesabında Belqradda ibtidai məktəbə silahlı hücum nəticəsində həyatını itirənlərlə bağlı xəbəri kədərlə öyrəndiyini bildirib.

Serbiya Respublikası Milli Məclisinin sədri Vladimir Orliçə başsağlığı verən Şentop "Dost Serbiya xalqının kədərini ürəkdən bölüşürəm. Yaxınlarını və övladlarını itirən ailələrə başsağlığı verir, səbr diləyir, yaralıların tezliklə sağalmasını arzu edirəm” ifadəsini işlədib.
Qeyd edək ki, mayın 3-də Serbiyanın paytaxtı Belqradda məktəblərdən birinə silahlı hücum nəticəsində 9 nəfər öldürülüb.



Әlaqәli Xәbәrlәr