Rəcəb Tayyib Ərdoğan Adana 15 iyul Şəhidlər Körpüsünün açılış mərasiminə onlayn qaydada qatılıb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana 15 iyul Şəhidlər Körpüsünün açılış mərasiminə onlayn qaydada qatılıb.

1980825

Fevralın 6-da baş verən zəlzələ nəticəsində həyatını itirənləri rəhmətlə yad edən Rəcəb Tayyib Ərdoğan deyib:"Adanamızın yaralarını sağaltmaq üçün səylər göstəririk. Bir il ərzində zəlzələ bölgəsini bərpa edəcəyik. Adanada 14 min 930 yeni mənzil inşa edirik. 1628 mənzilin tikintisinə başlanılıb. Biz yalnız körpülər və xəstəxanalar inşa etmirik. Yalnız fabriklər açmırıq, avtomobil, təyyarə, gəmi, tank istehsal etmirik. Xalqımızın çoxəsrlik arzularını gerçəkləşdirəcək böyük inkişafın təməlini qoyuruq.Bizim öz təbii qazımız var və ümid edirəm ki, ehtiyaclarımızı ödəmək üçün kifayət qədər neft əldə edəcəyimiz günləri birlikdə görəcəyik".

Әlaqәli Xәbәrlәr