Səfir Önal: “Suriya böhranının həlli vacibdir”

Türkiyenin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Sedat Önal, Təhlükəsizlik Şurasında (TŞ) keçirilən Suriya sessiyasında çıxış edib.

1980485
Səfir Önal: “Suriya böhranının həlli vacibdir”

Fevralın 6-da Türkiyedə baş verən və Suriyanı da əhatə edən zəlzələlərin Suriyada humanitar vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkən Önal: “Bu fəlakət Suriya böhranının bütün ölçüləri ilə həllinin vacibliyini bir daha təsdiqləyir. Türkiye sözügedən ölkə ilə bağlı böhrana BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilən siyasi proseslə həll yolunun tapıla biləcəyinə olan inamını hər fürsətdə səsləndirir. Lakin siyasi proseslərdəki durğunluq sahədə vəziyyətin ciddiliyini artırır və onsuz da hökm sürən acizlik hissini gücləndirir. Türkiyenin Suriya ilə bağlı prioritetləri siyasi prosesin önündəki maneələri aradan qaldırmaq; terrora qarşı mübarizə aparmaq və Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq, humanitar yardımların çatdırılmasının asanlaşdırılması və qaçqınların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə geri qayıtmaları üçün əlverişli şərait yaradılmasıdır. Moskvada keçirilən Dördlü görüşlər də bu prioritetləri həyata keçirməyi hədəfləyir”.

 BMT-nin sərhədlərarası yardım mexanizminin milyonlarla suriyalı üçün böyük əhəmiyyət daşıdığını ifadə edən səfir sərhəd keçidinin aktivləşdirilməsinin faydalı olacağına diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu transsərhəd keçidlərdən daha yaxşı istifadə etməyə və humanitar yardımları artırmağa çağırıb. Bu kontekstdə transsərhəd yardım mexanizminin mandatının genişləndirilməsinin vacibliyini ifadə edən Önal bunun icraçı tərəfdaşlar və donorlar üçün daha proqnozlaşdırıla bilən və etibarlı mühit təmin edəcəyini vurğulayıb.

Önal Türkiyenin də Suriya daxilində yardımın daşınmasını dəstəklədiyini və bütün əlaqədar tərəfləri yardım fəaliyyətlərini müntəzəm olaraq davam etdirməyə təşviq etdiyini sözlərinə əlavə edi.



Әlaqәli Xәbәrlәr