Sedat Önal BMT Təhlükəsizlik Şurasının veto hüququ ilə bağlı sessiyada çıxış edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının veto hüququ ilə bağlı müzakirələr davam edir.

1979935
Sedat Önal BMT Təhlükəsizlik Şurasının veto hüququ ilə bağlı sessiyada çıxış edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının veto hüququ ilə bağlı müzakirələr davam edir.

Türkiyenin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal vetodan istifadənin hərəkətə keçməyə  mane olduğunu və böhranın davam etməsinə səbəb olduğunu bildirib.

Səfir Sedat Önal Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında “Vetonun istifadəsi” mövzusunda keçirilən sessiyada çıxış edib.

Önal qeyd edib ki, Təhlükəsizlik Şurası bütün üzv dövlətlər adından fəaliyyət göstərir və legitimliyini Birləşmiş Millətlər Təşkilatının üzvlərindən alır.

Önal deyib: "Bir çox hallarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının öz məsuliyyətini və səlahiyyətlərini yerinə yetirmədiyini görürük".

Sedat Önal problemin kökündə vetodan istifadənin dayandığına diqqət çəkib.

Səfir Sedat Önal bir çox hallarda vetodan istifadənin böhranların davam etməsinə və humanitar xərclərin artmasına səbəb olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr