Sedat Önal: ''Ermənistan nümayəndə heyətinin əsassız iddialarını qəti şəkildə rədd edirəm''

Türkiyenin BMT-dəki daimi nümayəndəsi səfir Sedat Önal 1915-ci il hadisələrini “soyqırım” adlandıran Ermənistan nümayəndə heyətinin əsassız iddiaları qəti şəkildə rədd etdiyini bildirib.

1979014

Sedat Önal Rusiyanın sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının çoxtərəflilik və BMT Nizamnaməsinin beynəlxalq hüquqa uyğun qorunması mövzusundakı sessiyasında çıxış edib.

Sedat Önal deyib:"Ermənistan nümayəndə heyətinin əsassız iddialarını qəti şəkildə rədd edirəm. 1915-ci il hadisələri ilə bağlı hər kəsi Türkiyənin Birgə Tarix Komissiyası təklifini və regional sülh və əməkdaşlıq təşəbbüslərini nəzərdən keçirməyə çağırıram".

Әlaqәli Xәbәrlәr