Çanaqqala döyüşündən 108 il keçir

Çanaqqala quru döyüşlərinin 108-ci ildönümü münasibətilə Türkiye və xarici ölkələrin nümayəndələrinin iştirakı ilə Şəhidlər Abidəsində anım mərasimi keçirilib.

1978752
Çanaqqala döyüşündən 108 il keçir
canakkale kara savaslari1.jpg
canakkale kara savaslari.jpg

Çanaqqala quru döyüşlərinin 108-ci ildönümü münasibətilə Türkiye və xarici ölkələrin nümayəndələrinin iştirakı ilə Şəhidlər Abidəsində anım mərasimi keçirilib.

Mərasim Türkiye Cümhuriyyəti adından mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircanın Abidə ərazisindəki abidənin üzərinə ay-ulduz motivli əklil qoyması ilə başlayıb.

Bir dəqiqəlik sükut və İstiqlal Marşı səsləndirildikdən sonra çıxış edən nazir müavini Dəmircan Çanaqqalanın vətənpərvərlik, fədakarlıq, cəsarət kimi xüsusiyyətləri olan yüksək fəzilətlərə malik bir xalqın qələmə aldığı qəhrəmanlıq dastanı olduğunu bildirib.

Dəmircan "Bu dastan türk millətinin yenidən doğulması dastanı kimi digər xalqlara da öz milli mənliklərini xatırlatmaq üçün ilham mənbəyi olmuşdur” deyib.

Türkiyenin müttəfiqi olan ölkələrin üzvlərinin əcdadlarının bu torpaqlarda şəhid əcdadları ilə qoyun-qoyuna yatdığını bildirən Dəmircan, “"Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, “Onlar bu torpaqda öldükdən sonra indi bizim övladlarımız oldular". Əcdadlarımızın bizə qoyub getdiyi kimi biz də sülhü, qardaşlığı gələcək nəsillərimizə miras qoyacağıq”. deyib.

Antanta dövlətləri adından çıxış edən Böyük Britaniya Baş Qərargah rəisi Patrik Sanders "Türkiye, İngiltərə, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Hindistan, Fransa və Millətlər Birliyinin digər dövlətlərinə verdikləri itkilərə və yaralanmalara görə onlara ehtiramlarını bildirirlər" deyib.

Avropada və dünyada uzunmüddətli sülhün təmin edilməsi üçün hər kəsin əlindən gələni edəcəyini ifadə edən Sanders Çanaqqalanın tarix və zamandan kənarda olduğunu bildirib.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, türk və anzak əsgərləri, qazilər və kəşfiyyatçılar parad keçiriblər.

Avstraliya veteranları işləri üzrə nazir Matt Keogh, Yeni Zelandiyanın müdafiə naziri Endryu Little, Aİ-nin Türkiyedəki Nümayəndəliyinin rəhbəri səfir Nikolaus Meyer-Landrut, müharibədə iştirak edən ölkələrin nümayəndələri, çoxlu sayda veteranlar və xarici missiya nümayəndələri iştirak ediblər. Şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.



Әlaqәli Xәbәrlәr