Türkiyənin yerli MİR pilotsuz dəniz aparatından ilk dəfə torpedo atəşi açıldı
Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir sosial media hesabından sözügedən mövzu ilə bağlı paylaşım edib...
1977151
Türkiyənin sualtı gəmi müdafiə sənayesi üçün inkişaf etdirilən yerli MİR pilotsuz dəniz aparatından (İDA) ilk dəfə torpedo atəşi açıldı.
Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir sosial media hesabından sözügedən mövzu ilə bağlı paylaşım edib: "Ölkəmizdə ilk dəfə olaraq pilotsuz sualtı dəniz vasitəsindən torpedo atəşi açıldı. Biz sualtı döyüşə yeni imkanlar üçün daha bir həddi keçdik.”