''Anadolujet'' aviaşirkəti Özbəkistana ilk uçuşunu həyata keçirdi

Türk Hava Yollarının (THY) aşağı büdcəli törəməsi - ''AnadoluJet''in Ankara-Daşkənd reysini həyata keçirən ilk təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə mərasimlə qarşılanıb.

1976324

''AnadoluJet''in Ankaradan Özbəkistana ilk planlı reysi yerli vaxtla saat 04:10-da həyata keçirilib. Məlumata görə, təyyarə Daşkənd hava limanına eniş edib.

Özbəkistan Mülki Aviasiya İdarəsinin Baş direktoru Tahir Nazarov, Türkiyenin Özbəkistandakı səfiri Olqan Bekar və THY Daşkənddəki ofisinin müdiri Səlim Kahrıman ilk sərnişinləri qarşılayıblar.

Jurnalistlərə açıqlama verən səfir Olqan Bekar Ankara ilə Daşkənd arasında uçuşların ilk dəfə həyata keçirildiyini və uçuşların həftədə bir dəfə təşkil ediləcəyini qeyd edib. O, Özbəkistan aviasiya şirkətinin gələcəkdə bu marşrut üzrə uçuşlara başlamasını gözlədiklərini bildirib. 

Olqan Bekar hazırda İstanbul ilə Özbəkistanın Daşkənd, Fərqanə, Ürgənç, Səmərqənd və Buxara şəhərləri arasında müntəzəm uçuşların iki ölkənin hava yolu şirkətləri tərəfindən həyata keçirildiyini, həyata keçirilən son uçuşla iki ölkə arasında həftəlik uçuş sayının 61-ə çatdığını bildirib.

Әlaqәli Xәbәrlәr