“Regional problemləri və zəlzələdən sonrakı bərpa prosesini müzakirə etdik”, M.Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdə olub

1962500
“Regional problemləri və zəlzələdən sonrakı bərpa prosesini müzakirə etdik”, M.Çavuşoğlu
ab gurcistan temsilcisi toivo tlaar-cavusoglu.jpg
nikos dendias-cavusoglu bruksel.jpg

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.

  Avropa İttifaqı (Aİ) Komissiyası və Avropa İttifaqı Şurasının sədrliyi İsveç fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkmiş bölgələrə dəstək məqsədilə ianə konfransı keçirib.

  M.Çavuşoğlu konfransdan əvvəl Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının direktoru Açim Steiner, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar və BMT ilə Aİ-nin digər nümayəndələri ilə təklikdə görüşüb. Sonra sosial media hesabından açıqlama verən Türkiyənin xarici işlər naziri yazıb: “Biz Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi və BMT-nin İnkişaf Proqramının rəhbəri ilə regional problemləri və zəlzələdən sonrakı bərpa prosesini müzakirə etdik. Yunanıstanın xarici işlər naziri Nikolaos Dendiasla da görüşdük. Türkiyə zəlzələdən sonra Yunanıstan hökumətinə və yunan xalqına göstərdikləri həmrəyliyə görə təşəkkür edir. İki ölkə arasında münasibət müsbət atmosferdədir”.



Әlaqәli Xәbәrlәr